الویداع
Əlvida yasaqda yaşayan dilim
Əlvida yasaqda yaşayan dilim الویداع یاساقدا یاشایان دیلیم
Əlvida vətənim əziz sevgilim الویداع وطنیم، عزیر سئوگیلیم
Gedirəm adamsız dar küçələrdən گئدیرم آدامسیز دار کوچه لردن
Gedirəm, bu vətən topraq sizinki گئدیرم بو وطن، توپراق سیزین کی
El oba alaçıq otlaq sizinki ائل، اوبا، آلاچیق، اوتلاق سیزین کی
Çay çiçək şəlalə bulağ sizinki چای، چیچک، شلاله، بولاغ سیزین کی
Gedirəm dostlarım sizin şəhərdən گئدیرم دوستلاریم سیزین شَهَردَن
Qaçıram qoşulam bir qərip elə قاچیرام قوشولام بیر غریب ائله
Gözümün yaşını mən silə silə گؤزمون یاشینی من سیله- سیله
Qaçıram qaçıram qaçıram hələ قاچیرام، قاچیرام، قاچیرام هله
Topraq dünyasında, sürgün bəşərdən توپراق دونیاسیندا، سورگون بشردن
Tikanlı məftillər simit duvarlar تیکانلی مفتیل لر، سیمیت دووارلار
Bağlayıp yolumu hündür hasarlar باغلاییب یؤلومو هوندور حاسارلار
Yapışın əlimdən zirvəli dağlar یاپیشین الیمدن زیروه لی داغلار
Gurtarın ruhumu qəmdən kədərdən قورتارین روحومو غمدن،کدردن
Vətəndən ayrılmaq bir başqa haldır وطندن آیریلماق بیر باشقا حالدیر
Həsrətdir qayğıdır qəmdir məlaldır حسرتدیر، قایغی دیر، غم دیر، ملال دیر
Gedirəm görüşmək birdə məhaldır گئدیرم گؤروشمک بیرده محال دیر
İstəsəz soruşun məni xəzərdən ایسته سز سؤروشون منی خزردن
İndi ki hər yana çöküp qaranlıq ایندی کی هریانا چؤکوب قارانلیق
Boğulup gecədə günəş ay ışık بوغولوب گئجه ده گونش – آی – ایشیق
Qaçıram qurtaram özümü artıq قاچیرام قورتارام اؤزومو آرتیق
Zülmətə qol boyun yatan səhərdən ظولمته قل- بویون یاتان سحردن
Gedirəm yoluma düzsələrdə daş گئدیرم یؤلوما دوزسه لرده داش
Atsa da adımı gohum ya qardaş آتسادا آدیمی قوهوم یا قارداش
Nəzərdən salsada el oba sırdaş نظردن سالسادا ائل، اوبا، سیرداش
Salmasın allahım məni nəzərdən سالماسین آللهیم منی نظردن
Tapşırdım tanrıya bütün elləri تاپشیردیم تانری یا بوتون ائللری
Əlvida elədim dönmərəm geri الویداع ایله دیم دؤنمه رم گئری
Sözümü “imami” tutma sərsəri سوزومو « ایمامی » توتما سرسری
Əlvida gedirəm sizin şəhərdən الویداع گئدیرم سیزین شهردن
Nifrətdə can verən dar küçələrdən نیفرتده جان وئرن دار کوچه لردن
şer: İmam Əlizadə, “İmami”
غلامرضا امام علیزاده، «امامی»
نام : غلامرضا امام علیزاده (امامی)